Son iki həftə ərzində Bakının 86 küçə və prospektində nişanlanma işləri görülüb

Bakı şəhərində müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən xətlənmə işlərində və yol nişanlarının quraşdırılmasında yeni texnologiyalardan istifadə olunur.
AYNA-dan Avtosfer.az-a verilən məlumata görə, Azərbaycanın ev sahibliyi edəcəyi COP-29-la əlaqədar paytaxtda aparılan quruculuq işləri çərçivəsində qurum tərəfindən Bakının inzibati ərazisində piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması istiqamətində işlər həyata keçirilib.
Təkcə son iki həftə ərzində 55 küçə və prospektdə 274 yol nişanı quraşdırılıb. Hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi maksimum dərəcədə təmin edilib.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin yaradılması çərçivəsində 26 küçə və prospektdə 77 km-dən çox hərəkət zolağı təşkil edilib.
Təmir-bərpa işləri aparılan 23 küçə və prospektdə 68 km-dən çox xətt çəkilib. Müasir standartlara cavab verən nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.
56 küçə və prospektdə piyada keçidi, parklanma yeri, stop xətti və avtobus zolağı olmaqla xətlənmə işlərində əl əməyindən istifadə edilib. 71 məntəqədə piyada keçidinin nişanlanması aparılıb.
Qeyd edək ki, yeni tədris ili ərəfəsində təhsil müəssisələrinin qarşısında yol hərəkət təhlükəsizliyinin artyırılması məqsədilə mövcud piyada keçidləri yenilənib, olmayan ərazilərdə yeniləri təşkil edilib. Ümumilikdə 75 təhsil müəssisəsi ətrafında xətlənmə işləri həyata keçirilib. AYNA tərəfindən bu işlər davam etdirilir.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












