Tramvaylarda gedişhaqqı nə qədər olacaq? – Ekspertdən AÇIQLAMA

"Baş Planın izahat hissəsində qeyd edilir ki, 2027-ci ilə qədər 17,3 km, 2040-cı ilə qədər isə 54,6 km, daha sonrakı illərdə isə 110,4 km tramvay xətlərinin salınması nəzərdə tutulub. Bu o deməkdir ki, 2027-ci ilə qədər 26 dayanacaq, 2040-cı ilə qədər 78 dayanacaq salınması planlaşdırılır. Ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bildirdi ki, Mehdiabad - 28 May və "Seebreze" ərazisi də təklif olunur. Biz bununla planda bəzi dəyişikliklərin ediləcəyini müşahidə edirik".
Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Axundov bildirib.
Onun sözlərinə görə, əsas salınacaq istiqamətlər Baş Planda qeyd olunub:
"Əsas istiqamət şimal-cənubdur. Azadlıq prospekti boyunca "28 May"a qədər olan yoldur. Bu, çox önəmli istiqamətdir. Çünki Mehdiabaddan şəhərin mərkəzinə doğru yol çox yüklüdür. Metronun konseptual sxemində "Sarı xətt" nəzərdə tutulmuşdu. Tramvay yolunun salınması məhz bu yola alternativ olacaq. Tramvay yolunun salınması metro xəttinin salınmasından 10 dəfə ucuz başa gələcək. Bu yol həm də metronun "Qırmızı xətti" və "Yaşıl xətti" arasında qısa bağlantı olacaq. "Azadlıq" stansiyasından düşən vətəndaşlar "28 May" istiqamətinə daha tez və rahat getmək mümkün olacaq. Daha əvvəlki kimi "20 Yanvar", "Elmlər Akademiyası" və "Nizami" metro stansiyalarının fırlanıb "28 May"a getməyəcəklər.
Tramvay xətləri istifadə verildikdən sonra burada gedişhaqqı da hamını düşündürür. Nəzərə almaq lazımdır ki, metro və avtobuslarda gedişhaqqı şəhər içində demək olar ki, eynidir və 50 qəpik təşkil edir. Tramvaylar fəaliyyətə başladıqdan sonra 50 qəpik olmalıdır. Çünki qiymətin bir az baha olması buna marağı azaldacaq.
Nəzərə almaq lazımdır ki, tramvaylar avtobuslara nisbətdə daha əlverişli nəqliyyat növü sayılırlar. Əvvəla onu deyək ki, tramvayın istismar müddəti daha çoxdur. Avtobuslarda bu rəqəm 10-15 ildirsə, tramvayın vaqonlarında 30 il təşkil edir. Bundan əlavə tarmvayın öz yolu da olur və avtobuslara nisbətdə daha çox sərnişin daşıya bilir. Üstəlik tramvaylara əlavə vaqonlar qoşmaqla onu uzatmaq da olur".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










