Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası təkcə xarici qonaqların deyil, həm də yerli ictimaiyyət nümayəndələrin iştirakı ilə baş tutur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a müsahibəsində bildirib ki, Ümumdünya Şəhərsalma Forumu müasir şəhərlərin üzləşdiyi əsas problemlərin müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm platformadır. Onun sözlərinə görə, forum çərçivəsində müxtəlif ölkələrin şəhərsalma və nəqliyyat sahəsində tətbiq etdiyi yeniliklərin paylaşılması gələcək layihələr üçün də faydalı ola bilər.
“Əvvəlki beynəlxalq tədbirlərdə, xüsusilə COP29 zamanı iqlim dəyişikliyi əsas müzakirə mövzularından biri idi. Bu məsələnin şəhərlərin inkişafına birbaşa təsir etdiyini vurğulamaqla müasir şəhərlərin iqlim dəyişikliklərinə daha hazırlıqlı olmasının vacibliyini də gözardı etməmək mütləqdir. Böyük şəhərlərdə tıxac probleminin həlli istiqamətində həm Bakının yanaşmaları, həm də dünyanın müxtəlif ölkələrində tətbiq olunan modellər forum çərçivəsində müzakirə edilir. Bu cür beynəlxalq platformalar şəhərlərin inkişafı və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır”.
Rauf Ağamirzəyev onu da qeyd edib ki, forumun nəticələri gələcəkdə şəhərsalma və nəqliyyat sahəsində yeni tətbiqlərin və layihələrin həyata keçirilməsinə də töhfə verə bilər.
Fatimə Dadaşova
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












