Xankəndiyə necə getmək olar?

İşğaldan azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də təyyarə ilə getmək mümkündür. Bunun üçün vətəndaşlar “Yolumuz Qarabağa” portalı üzərindən icazə əldə etməlidirlər. Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də səfər edə bilirlər.
Avtosfer.az xəbər verir ki, təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkündür.
Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprel ayının 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Vətəndaşları maraqlandıran digər məsələ isə Xankəndi şəhərinə səfərlə bağlıdır.
Yəni Xankəndi şəhərinə getmək üçün hansı tələblər var? Xankəndi şəhərinə getmək üçün prosedur necədir?
Məsələ ilə bağlı Bizim.Media-ya Dövlət Turizm Agentliyindən bildirilib ki, Şuşaya səfər üçün icazə almaqla Xankəndi şəhərinə də getmək mümkündür:
“Xankəndi şəhəri üçün ayrıca icazə tələb olunmur. Təyinat nöqtəsini Şuşa seçməklə Xankəndi şəhərinə də səfər etmək olur. Eyni şərtlər burada da keçərlidir”, -deyə qurumdan qeyd olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












