Zəngəzur dəhlizi reallaşır - 1 trilyon dollarlıq layihə

“Zəngəzur dəhlizi tezliklə reallaşacaq”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramlı deyib. O bildirib ki, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub:
“Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Bu isə o deməkdir ki, Türk dünyasının iki liderinin telefon danışığında bütün Türk coğrafiyası üçün əhəmiyyətli olan dəhlizin açılması müzakirə olunub. Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
Deputat hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək:
“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.
Vüqar Bayramov onu da qeyd edib ki, dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq:
“Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı










