Zəngəzurla bağlı İrəvandan Bakıya GÖZLƏNİLMƏZ TƏKLİF

Ermənistanın Azərbaycana Zəngəzur dəhlizi ilə bağlı yeni təklif verdiyi açıqlanıb. Məlumata görə, İrəvan dəhlizin təhlükəsizliyinin özəl xarici şirkət tərəfindən həyata keçirilməsi məsələsini Bakı ilə müzakirə edir.
Ermənistan Xarici İşlər Nazirliyi son bəyanatında bu məsələnin gündəmdə olduğunu, hələ dəqiq qərar verilmədiyini bildirib. Bu addım həm də Rusiyanın dəhlizə nəzarət prosesindən kənarlaşdırılması kimi dəyərləndirilir.
Azərbaycan Ermənistanın bu təklifini qəbul edə bilərmi? Qeyd olunan “özəl hərbi şirkət” ideyasının arxasında hansı üçüncü qüvvə dayanır?
Avtosfer.az xəbər verir ki, bu barədə “Globalinfo”ya danışan siyasi şərhçi Kənan Novruzov sözlərinə görə, bu variant Azərbaycan və Türkiyə üçün daha məqbuldur:
“Beləliklə, tərəflər konsensusa gələ bilərlər. Amma özəl şirkətin təhlükəsizliyi təmin etməsi o demək deyil ki, Rusiya kənarda qalacaq. Əksinə, Moskva yenə mümkün qədər vəziyyətə nəzarət etməyə çalışacaq. Hətta istisna deyil ki, bu, Rusiyanın təklifidir. Həmçinin Türkiyə faktorunu da unutmamalıyıq. Ankara bu məsələdə əsas oyunçulardan biridir. Ümumiyyətlə, proses daha çox Bakı- Ankara-Moskva üçtərəfli masasında həll olunur. Bu, bir daha göstərir ki, sülh sazişinin mətnindən çıxarılmasına baxmayaraq, Zəngəzur dəhlizi Bakı və Ankara üçün prioritet olaraq qalır”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












