24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var

Goranboyda əmi oğlanları arasında yaranan mübahisə qanla bitib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri - 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə böyüyərək davaya çevrilib və nəticədə K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












