70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar

Beş ay əvvəl lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları azadlığa buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanova birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 107 min manatlıq ziyanı tam ödədikləri üçün güzəşt edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən prokurorluq tərəfindən verilən protest və ADY-nin verdiyi şikayətlər də tam təmin edilib. Təqsirləndirilən şəxslərin üzərinə əlavə mülki iddiaları qarşılamaq öhdəliyi qoyulub.
Qeyd edək ki, 58 yaşlı Eldəniz Sadıqov ADY-nin Yanacaq və Enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi, 37 yaşlı Famil Soltanov isə İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.
Müttəhimlər məhkəmədə 70 ton dizel mənimsədiklərini etiraf edib, əməllərindən peşman olduqlarını deyiblər. Yekun olaraq E. Sadıqov 6 il, F. Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC də bu cinayətlə bağlı rəsmi məlumat yaymışdı.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO











