“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - VİDEO

Abşeron rayonu Məmmədli qəsbəsinin sakinləri gölün daşması nəticəsində yaşayış evlərinin, küçələrin və həyətyanı sahələrin su altında qaldığını, ərazidə ciddi antisanitar vəziyyətin yarandığını iddia edirlər.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, 3 aydır bu vəziyyət hökm sürür.
Məlumata görə, hətta evləri su altında qalan əksər sakinlər də köçüblər.
Kanalizasiya xətlərindən sızan çirkab suları ilə göl suyunun birləşməsi dözülməz qoxu və infeksiya riski yaradıb.
“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur. Pis qoxudan pəncərələri aça bilmirik. İlan da var. Yağışlar başlayandan belədi. Hər dəfə də yağdıqca bu vəziyyətə düşürük”, - deyə sakinlərdən biri qeyd edib.
Abşeron rayon Məmmədli bələdiyyəsindən bildirildi ki, sözügedən problemdən məlumatlıdırlar.
Göldə suyun səviyyəsinin aşağı salınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə nasoslar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir. Səviyyə xeyli düşüb. Proses davam edir.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












