Bakı-Sumqayıt yolunda bitişik obyektlərdə yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda Bakı - Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 650kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m. olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m. olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m. sahədə və bitişik sahəsi 120 kv.m. olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m. sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış “İsuzu” markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.
Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












