Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT - FOTO

Bakıda 9-cu siniflərin buraxılış imtahanı zamanı insident yaşanıb. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, paytaxtdakı 10 nömrəli tam orta məktəbdə imtahan zamanı şagirdlərdən (qız) birinin halı qəfil pisləşib. Hadisə ilə əlaqədar məktəbə təcili tibbi yardım briqadası cəlb olunub. Şagird imtahan zalından çıxarılaraq həkimlərin nəzarətinə verilib. Ona yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti nəzarətə götürülüb.
İlkin məlumata görə, şagirdin səhhətində yaranan narahatlığın həyəcan və ya yorğunluqla əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, bu gün ölkənin müxtəlif şəhər və rayonlarında minlərlə 9-cu sinif şagirdi buraxılış imtahanında iştirak edir. İmtahan Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini əhatə edir. Nəticələrin yaxın həftələrdə elan olunacağı gözlənilir. DİM-in məlumatına görə, 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verir.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 41 71 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.
İmtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilir.


Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












