Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO

Hadisə 4 Avqust 2026 17:39
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda minik avtomobili neft quyusuna düşüb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Sürücünün idarəetməsindən çıxan “Audi” markalı minik avtomobili texniki su ilə dolu olan quyuya düşüb. Maşındakı şəxslər ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılıb.

Hadisənin hansı səbəbdən baş verməsi açıqlanmayıb.

***09:36

“Avqustun 3-də saat 17:00 radələrində Quliyev Manaf İbrahim oğlu tərəfindən idarə edilən 10-VO-663 seriyalı "Audi" markalı avtomobil “Balakhani Operating Company LTD”nin giriş qadağan olunan hasilat ərazisinə daxil olub. Nəzarətdən çıxan avtomobil hasilat ərazisində texniki məqsədlə istifadə edilən 30 sm dərinliyində çalaya düşüb”.

Bu barədə “Qafqazinfo”ya “Balakhani Operating Company LTD”dən bildirilib.

Açıqlamada qeyd edilib ki, “Balakhani Operating Company LTD”nin hadisə yerinə dərhal gələn Operativ Nəzarət departamentinin əməkdaşları avtomobili və içindəki sərnişinləri çıxarmağa kömək edib: “Hadisə yerində xəsarət alan olmayıb, şirkətin əmlakına ziyan dəyməyib, hasilat prosesi fasiləsiz davam edib. “Balakhani Operating Company LTD” vətəndaşlara girişi qadağan olunmuş ərazilərdə yerləşdirilən işarələrə riayət etməyə çağırır”.

 

Oxunub : 518
ŞƏRH YAZ
Ad

E-mail

Şərh