Qanuni parklanma yeri maneələrlə bağlanıb – Sürücülər cərimələnir - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən qanuni parklanma zonasının zəbt olunduğu iddia edilir.
Avtosfer.az-ın “WhatsApp” xəttinə daxil olan görüntülərdə bildirilib ki, ərazidə fəaliyyət göstərən “Addım-Addım” uşaq bağçasının qarşısındakı Azparking-ə məxsus parklanma yerləri müxtəlif maneələrlə bağlanıb. Kadrlardan görünür ki, parklanma sahəsinə daşlar, dibçəklər və dəmir konstruksiyalar yerləşdirilib. Videoda Azparking-ə məxsus yol nişanlanmaları da aydın görünür ki, bu da həmin ərazinin qanuni parklanma zonası olduğunu göstərir.
İddialara görə, parklanma yerlərinin bu şəkildə istifadəyə yararsız vəziyyətə salınması səbəbindən sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlamağa məcbur qalırlar. Bu isə onların inzibati məsuliyyətə cəlb olunmasına, 2 bal və 80 manat məbləğində cərimələnməsinə səbəb olur.
Qeyd edək ki, qanunvericiliyə əsasən, ümumi istifadədə olan parklanma yerlərinin hər hansı fiziki maneələrlə zəbt edilməsi və ya digər şəxslərin istifadəsinin məhdudlaşdırılması yolverilməzdir. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma apararaq qanunamüvafiq tədbirlər görəcəyinə ümid edirik.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












