"TuranBank" gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı - FOTOLAR

Ölkənin aparıcı banklarından biri olan “TuranBank” maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb.
Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu “Enabling Qapital” və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları özündə birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha inklüziv yanaşmaların təşviqinə töhfə vermək olub.
Layihə çərçivəsində “Enabling Qapital”ın dəstəyi ilə Kolumbiya Universitetinin altı magistr tələbəsi Azərbaycana səfər edərək “TuranBank”da praktiki araşdırma aparıblar. Səfər zamanı tələbələr bankın baş ofisi və filiallarında çalışan əməkdaşlar, o cümlədən rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək, qadınların idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, bankın qadın sahibkarların dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər müzakirə olunub.
Layihənin yekununda təşkil olunan təqdimatda “TuranBank”ın gender bərabərliyi sahəsində həyata keçirdiyi təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri bankın İdarə Heyətinin üzvləri ilə ətraflı müzakirə edilib. Tədbirdə bu sahədə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcək konkret fəaliyyət planı təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
“TuranBank” fəaliyyətinin bütün istiqamətlərində gender bərabərliyi prinsiplərinə sadiq olduğunu bir daha vurğulayır və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə inanır.
1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.




ADY dəmir yolunun təhlükəsizlik zonasında mühafizəni gücləndirəcək - FOTO
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO










