Bu qadını görənlər polisə məlumat versinlər

Bakıda 61 yaşlı qadının itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a müraciət daxil olub.
İtkin düşən şəxs 1965-ci il təvəllüdlü Rasimə Ələddin qızı Kamalovadır.
Bildirilib ki, o, dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının boyu 160 sm, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində ağ gödəkcə, ağ köynək, ağ şalvar və ağ idman ayaqqabısı olub.
Qeyd olunub ki, Rasimə Kamalova ağır xəstəlikdən – dördüncü dərəcəli xərçəngdən əziyyət çəkir, həmçinin baş beyin əməliyyatı keçirib və yaddaş problemi var. Onu görən şəxslərdən hüquq-mühafizə orqanlarına və ya (+994 50) 661-82-96 əlaqə nömrəsi ilə yaxınlarına məlumat vermələri xahiş olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, R.Kamalovanın tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












