“Bura kənd deyil ki, səhəngi çiynimizə alıb bulaqdan su gətirək...” - VİDEO

“Yay günüdür, evdə uşaq var, yaşlı var, su olmayanda nə eləyə bilərsən? Bura kənd deyil ki, səhəngi çiynimizə alıb gedib bulaqdan su gətirək. Bura Bakıdır...”
Avtosfer.az xəbər verir ki, bu şikayətlə İTV-yə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, hazırda qəsəbədə 50-yə yaxın ailə susuz qalıb.
“Bizə vəd veriblər ki, su veriləcək, amma verilməyib. Çənim bomboşdur. Suya görə çox əziyyət çəkirik...” , - qəsəbə sakini Rasim Ağayev bildirib.
Sakinlər dəfələrlə aidiyyəi quruma müraciət etsələr də, problemin həll olunmadığını deyirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, paytaxtın Suraxanı rayonu da daxil olmaqla 11 rayonun su anbarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məsədilə texniki işlər davam etdirilir: “Buna görə də, verilən suyun həcmi müvəqqəti olaraq azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. 2 gün ərzində su tədarükünü stabilləşdirmək mümkün olacaq”.
Daha ətraflı süjetdə:
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












