Cəlilabadda məktəblilər dalaşdı, birinin atası bıçaqlandı - YENİLƏNİB

Cəlilabad rayonunda bıçaqlanma baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 8-də axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Uzuntəpə kənd sakini İlqar Quliyev 5-ci sinif şagirdi olan oğlunu döyən şəxsin evinə gedib. O, oğlunu döyən 9-cu sinif şagirdinin atası Nicat Cəbiyevi küçəyə çağıraraq, onunla mübahisə edib. Mübahisə zamanı İ.Quliyev N.Cəbiyevi yumruqla vurub və söyüb.
Hadisə zamanı N.Cəbiyev özü ilə götürdüyü mətbəx bıçağı ilə ona zərbələr endirib. O, İlqar Quliyevə qarın, döş qəfəsi və dirsək nahiyələrindən 11 bıçaq zərbələri endirərək onu öldürməyə cəhd edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən N.Cəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
***12:11
Cəlilabad rayonunda məktəblilər arasında yaranan mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə dönüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Belə ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri olan Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.
Tərəflər arasında baş verən mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












