Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır - VİDEO

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Anar adlı şəxs bir müddətdir dayısı Elməddinin evində qalırmış. Hadisə baş verən vaxt dayısı evdə olmayıb. İlkin məlumata əsasən, 2011-ci il təvəllüdlü Anar Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya hücum edib. Ağır xəsarətlər alan qadın yerindəcə həyatını itirib. Hadisə zamanı evdə qadının iki azyaşlı övladı da olub. Onlar qaçaraq qonşulara məlumat veriblər. Qətldən sonra şübhəli hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
****
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb. Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb. Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO










