Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? - VİDEO

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidovun həyat və yaradıcılığına həsr olunub.
Əməkdar artist Nahidə Orucova verilişdə sənət yoldaşı ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, illər əvvəl Sumqayıt teatrında birlikdə çalışdıqları dövrdə aktyor ona olan hisslərini etiraf etsə də, o zaman bunu ciddi qəbul etməyib:
"Ölməmişdən öncə mənə etiraf etdi. Dedi ki, "sən bilirsən ki, neçə illərdir səni sevirəm". Mən onu ürəyimin gizli bir guşəsində saxlamışdım. Sumqayıt teatrında işləyirdik, o bütün kollektivin qarşısında mənim qarşımda diz çökərək gül təqdim etmiş və sevgisini etiraf etmişdi. O vaxt bunu zarafat kimi qəbul etdim. Sonra həmin xatirəni xatırladaraq dedi ki, "axı mən sənə onda etiraf etmişdim, sən qəbul etməmişdin. Əgər qəbul etsəydin, bizim indi ailəmiz olacaqdı".
Aktyorun yaradıcılıq yolu isə çətin və dramatik məqamlarla yadda qalıb. "Yoxlama" filminin çəkilişləri zamanı Əjdər Həmidov ən təhlükəli səhnələrdə belə kaskadyorları kənara çəkərək riskləri öz üzərinə götürüb. Lakin bu çəkilişlərdən birində yaşadığı güclü qorxu və stres aktyorun həyatında dərin iz buraxıb.
Səhhətində yaranan problemlərə görə paytaxtdan uzaqlaşan sənətçi iki il rayon şəraitində yaşamağa məcbur olub. Həyatının ən çətin günlərini yaşayan aktyor həmin dövrdə iki dəfə intihar həddinə qədər gəldiyini də etiraf edib.
Bütün çətinliklərə baxmayaraq, səhnədən uzaq qala bilməyən Əjdər Həmidov həkimlərin tövsiyələrinə baxmayaraq, yenidən teatra qayıdıb. Əjdər Həmidov 24 sentyabr 2020-ci ildə ağır xəstəlik səbəbindən vəfat edib. O, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə hər zaman hörmətlə xatırlanır.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












