"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - FOTO

Bakıda fəaliyyət göstərən "General Hospital" daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. "Yaşam Medical" klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib.
Avtosfer.az-ın məlumatına görə, "Unikal"a müraciət edən Ruslan Hüseynov bildirib ki, paytaxtda yerləşən restoranlardan birində çalışan zaman "Yaşam Medical" klinikasının əməkdaşları ondan qan analizi götürüblər:
"20 manat da ödəniş etdim. Bir neçə gün sonra, 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi.
Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. Beləliklə, digər bir özəl klinikada qan analizi verdim. Məndə hepatit aşkarlandı. Qeyd edim ki, bu analiz cavabı 4 may 2026-cı il tarixində qeydə alınıb. Məlum oldu ki, yoluxma uzun müddət əvvəl baş verib.
Şikayətim "Yaşam Medical" klinikasındandır. Nəyə görə vətəndaşların verdikləri analizlər düzgün yoxlanılmır? Düzgün yoxlasaydılar, hepatitə yoluxmağım barədə daha tez məlumatlı olardım.
Onu da qeyd edim ki, məndə bu xəstəlik aşkarlanandan sonra yenidən yoxlanış etmək istədim. Bu dəfə "General Hospital"a müraciət etdim, lakin məlum oldu ki, həmin klinika heç bir yoxlanış etmədən saxta sağlamlıq arayışı verir. Mənə kart nömrəsi göndərdilər, ödəniş etdim. Ertəsi gün isə mənə sağlamlığımda heç bir problem olmadığı barədə saxta arayış göndərdilər".
Xatırladaq ki, "General Hospital" dəfələrlə saxta sağlamlıq arayışlarının verilməsi ilə bağlı gündəmə gəlib. Hətta bu məsələ ilə bağlı cinayət işi də başlanılmışdı. Onu da qeyd edək ki, "General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılovdur.






Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












