Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - FOTO

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.
Avtosfer.az xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb.
O, 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə Ümummilli Lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.
Həmin vaxtdan adları qeyd edilən hər 3 şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb.
Xatırladaq ki, qrupun digər üzvü Telman Əliyev 2024-cü ilin avqustunda vəfat etmişdi.

Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












