İtaliyada avtomobil səkidə piyadaları vurdu - Çox sayda yaralı var

İtaliyanın Modena şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı şəxslər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, şəhər mərkəzində 31 yaşlı sürücü idarə etdiyi avtomobillə səkidə olan piyadaların üzərinə çıxıb.
Hadisə nəticəsində 8 nəfər yaralanıb, onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara əsasən, avtomobil piyadalara çırpıldıqdan sonra dayanmayaraq mağazanın vitrininə də dəyib. Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub.
Şahidlərin bildirdiyinə görə, sürücü hadisədən sonra nəqliyyat vasitəsindən düşərək ona müdaxilə etməyə çalışan şəxslərdən birinə hücum edib.
31 yaşlı sürücü polis tərəfindən saxlanılıb və hazırda dindirilmə mərhələsindədir.
İtaliya Baş naziri Corciya Meloni hadisəni “son dərəcə ciddi” kimi qiymətləndirib və yerli hüquq-mühafizə orqanları ilə koordinasiyada olduqlarını bildirib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












