Lombarda ödənişləri etsə də, qızılını geri ala bilmir - VİDEO

Qızıl girov qoyaraq kredit götürüb və ödənişlərini vaxtında tamamlasa da, artıq 2 ildir nə qızılını geri ala bilir, nə də qızılının pulunu.
Avtosfer.az xəbər verir ki, Bərdə rayonu Qaradağlı kəndində yaşayan Vidadi Nəcəfquliyev Xəzər Tv-yə bildirib ki, torpaq alıb ev tikdirmək üçün ailəsinin qızıllarını lombarda qoyaraq kredit götürüb.O, aylıq ödənişlərini tam ödədiyini desə də, artıq iki ildir qızıllarını geri ala bilmədiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, kredit təşkilatının nümayəndəsi Büllurə Əlizadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsalar da, müxtəlif bəhanələrlə qarşılaşıblar. Ailə iddia edir ki, telefon zənglərinə cavab verilməsə də, WhatsApp vasitəsilə göndərilən mesajlarda qızılların tezliklə qaytarılacağı bildirilib.
Vidadi Nəcəfquliyevin oğlu Baloğlan Nəcəfquluzadənin sözlərinə görə, lombarda məsul heç bir şəxslə əlaqə saxlaya bilmirlər.
Hazırda qızılların girov qoyulduğu lombardın fəaliyyətini dayandırdığı bildirilir. Şikayətdə adı çəkilən şəxslərlə isə əlaqə saxlamaq mümkün olmadı. Zərərçəkənlər məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini deyirlər.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












