Müştəri səhv ünvana gedən “Prius” sürücüsünün qarnını dişlədi, sonra isə bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Pənahovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 8 may 2023-cü il tarixdə, saat 23:40-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Humay” marketin yaxınlığında qeydə alınıb.
Belə ki, Mahir Pənahov müştəri qismində taksi sürücüsü, zərərçəkmiş Daşqın Babayevin (şərti) idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə əyləşib. Sözügedən ərazidə təqsirləndirilən şəxs zərərçəkmişə sifariş verdiyi ünvana düzgün aparmadığına görə irad bildirib. Bu zaman onların arasında mübahisə yaranıb.
Sonra Daşqın onu yumruqla vuraraq üst dodağına xəsarətlər yetirib. Daha sonra Mahir zərərçəkmiş şəxsin sol qolundan, sinəsindən və qarın nahiyəsindən dişləyib. Eyni zamanda o, cibindən çıxartdığı bıçaqla Daşqının sinəsinin sol nahiyəsindən qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO












