Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə hökm oxunub

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nuruş Əmənovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə irəli sürülmüş 234.4.3-cü maddə 234.1-1-ci maddəyə tövsif edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Nuruş Əmənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda saxlanılıb.
Ondan axtarış zamanı 6 qram metamfetamin aşkarlanıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












