On beş polisin ölümünə görə səfir nazirliyə çağırıldı

Pakistan 15 polis əməkdaşının ölümü ilə nəticələnən hücumda Əfqanıstanda yerləşən silahlı qruplaşmaları günahlandırıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. "İnsidentin hərtərəfli araşdırılması, eləcə də toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda məskunlaşmış terrorçular tərəfindən planlaşdırıldığını göstərir", - deyə açıqlamada bildirilib. İslamabad Kabil rəhbərliyini Əfqanıstan ərazisindən Pakistana qarşı hücumlar planlaşdırmaq üçün istifadə edən silahlılara sığınacaq verməkdə ittiham edir. "Taliban" isə bu iddiaları qətiyyətlə rədd edərək, Pakistandakı silahlı fəaliyyətlərin ölkənin daxili problemi olduğunu bəyan edib. Bəyanatda həmçinin vurğulanıb ki, yüksəkvəzifəli əfqan diplomat Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş vermiş qanlı hadisə ilə bağlı sərt xəbərdarlıq edilib. "Əfqanıstandakı "Taliban" rejiminə qəti şəkildə bildirilib ki, əgər o, bu terror təşkilatlarına sığınacaq verməyə davam edərsə, Pakistan öz milli təhlükəsizliyi və vətəndaşlarının müdafiəsi məsələsində heç bir kompromisə getməyəcək", - deyə sənəddə qeyd olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












