Bakıda özünü maşının altına atan sərxoş piyada ölüdü - Sürücü bəraət aldı

Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1979-cu il təvəllüdlü Rəhman Əsədovun məhkəməsi yekunlaşıb.
Bildirilib ki, o, şirkətlərdən birinə məxsus “İsuzu” markalı yük maşınını idarə edib. Hadisə vaxtı sürücü avtomobillə Binəqədi qəsəbəsində hərəkətdə olarkən 1985-ci il təvəllüdlü Dünyamin Məlikov yola qəfil çıxıb. Nəticədə avtomobilə çırpılan şəxs ağır xəsarət alıb. 70 gün xəstəxanada müalicə alan 41 yaşlı kişi orada ölüb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Dünyamin Məlikov hadisə günü qeyri-rəsmi nikahda yaşadığı qadınla birgə müxtəlif yerlərdə spirtli içki qəbul edib.
Qadın ifadəsində bildirib ki, Dünyamin həmin gün təxminən 2 litr spirtli içki qəbul edib və özünü öldürəcəyini deyib. Onlar piyada hərəkət edərkən gecə saat 00:30 radələrində Dünyamin qaçaraq özünü 10 May küçəsi ilə hərəkət edən avtomobilin altına atıb. Saatda təxminən 50 kilometrlə hərəkət edən yük maşınına çırpılan şəxs başından zədə alıb.
Məhkəmədə mərhumun valideyni təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. Dünyaminin sevgilisi də hadisədə sürücünün günahının olmadığını deyib.
Binəqədi Rayon Məhkəməsi Rəhman Əsədova təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə bəraət verib. Onun haqqındakı cinayət təqibi dayandırılıb və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Yolun ortasında təhlükəli anlar: Piyada avtomobillərin önünü kəsib… - VİDEO
Xırdalana giriş çətinləşdi: Kanalizasiya suları yolu dağıtdı - VİDEO
Skuterə nifrət edən şəxs yeniyetməyə ağır xəsarət yetirdi – VİDEO
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO










