Özünü vəkil kimi tanıdıb dələduzluq etdi

Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törətməkdə ittiham edilən şəxs həbs olunub.
Avtosfer.az xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə təqsirli bilinən Fuad Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, F.Əliyev özünü vəkil kimi təqdim edərək bir nəfər zərərçəkəni işlə təmin edəcəyinə dair ona yalan vəd verib. Vətəndaş onun dediklərinə inanaraq F.Əliyevə 6350 manat verib. Araşdırma zamanı özünü vəkil kimi təqdim edən həmin şəxsin digər hüquqi yardımlar adı altında “xidmətlər” göstərdiyi və insanların etibarından sui-istifadə edərək çoxsaylı dələduzluq əməlləri etdiyi də müəyyən edilib.
F.Əliyevə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












