Polis postuna kamikadze hücumu edildi – 15 asayiş keşikçisi öldü

Şənbə günü Pakistanın Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postuna kamikadze tərəfindən edilən hücum nəticəsində azı 15 polis həlak olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Dairə polisinin əməkdaşı Səccad Xanın sözlərinə görə, hücum zamanı postdakı 18 polisdən 15-i həlak olub, üçü isə yaralanıb.
"Xilasetmə əməliyyatı başa çatıb. Dağıntılar altından on beş nəfərin cəsədi və üç yaralı çıxarılıb", - 112 təcili yardım xidmətindən bildirilib.
Qeyd olunub ki, hücum zamanı yaraqlılar kvadrokopterlərdən və ağır silahlardan istifadə ediblər. Yaxınlıqdakı binalara da partlayış nəticəsində ciddi ziyan dəyib.
Pakistanın daxili işlər naziri Möhsin Naqvi faciəvi hadisədən dərin kədər hissi keçirdiyini bildirib.
"Öz ölkəsinin bu cəsur oğulları Pakistan xalqını və bütün dünyada sülhü qoruyarkən canlarından keçiblər. Onların cəsarəti, işinə sadiqliyi və fədakarlığı heç vaxt unudulmayacaq... Pakistan terrorizmə qarşı vahid cəbhədə mübarizə aparır və bu cür qorxaq hərəkətlər bizim qətiyyətimizi heç vaxt zəiflətməyəcək", - o, "X" sosial şəbəkəsində yazıb.
Baş nazir Şahbaz Şərif bildirib ki, hakimiyyət terrorizmlə mübarizədə regiona bütün mümkün köməkliyi göstərəcək.
"Hökumət ölkədə terrorizmin bütün formalarının kökünü kəsmək əzmindədir", - deyə Şərif vurğulayıb.
***
Pakistanın şimal-qərbində polis postunun yaxınlığında baş vermiş terror aktı nəticəsində həlak olan hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 12-yə çatıb.
Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.
Qeyd edək ki, hücum Əfqanıstan sərhədinin yaxınlığında yerləşən Xayber-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.
Hücum intiharçı terrorçunun minalanmış avtomobili posta çırpması ilə başlayıb. Partlayışdan sonra əraziyə soxulan bir qrup silahlı şiddətli atəş açıb. Agentliyin mənbələrinin məlumatına görə, hücum edənlər təkcə ağır silahlardan deyil, həm də PUA-lardan istifadə ediblər.
Toqquşmadan sonra yaraqlılar silah və bir neçə polis əməkdaşını özləri ilə apararaq geri çəkiliblər. Hazırda rəsmi olaraq bir nəfər itkin düşmüş hesab olunur.
Qeyd olunub ki, son vaxtlar Xayber-Paxtunxva regionunda terror hücumları halları çoxalıb. İslamabad Kabili ekstremistləri dəstəkləməkdə ittiham edir, lakin "Taliban" rəhbərliyi bu ittihamları rədd edir.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












