Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı

Böyük Britaniyanın müdafiə naziri Con Hilinin də göyərtəsində olduğu hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığından uçarkən Qlobal Mövqe Təyinetmə Sisteminin (GPS) siqnalını itirib.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə "The Times" qəzeti çıxış edib.
Nəşrin jurnalisti hərbi məsləhətçilər, adı açıqlanmayan general və iki fotoqrafla birlikdə Estoniyanın cənub-şərqindəki Britaniya qoşunlarının yerləşdiyi bölgəyə səfər edən naziri müşayiət edib.
Qəzetin məlumatına görə, mayın 21-də Böyük Britaniyaya qayıdarkən "Dassault Falcon 900LX" təyyarəsinin peyk siqnalı kəsilib. Məqalədə qeyd olunur ki, bağlantını yalnız sistemi yenidən başlatmaqla bərpa etmək mümkün idi, lakin təyyarə havada olduğu üçün bu addım atılmayıb. Nəticədə pilot üç saatlıq uçuş ərzində xarici siqnallar tələb etməyən ətalətli naviqasiya sistemindən istifadə etməyə məcbur olub.
Nəşr diqqətə çatdırır ki, bu hadisə zamanı təyyarənin idarəetmə paneli qismən fəaliyyətini dayandırıb və sərnişinlərin kompüterləri internetə qoşulmayıb.
2024-cü ilin mart ayında Hilinin müdafiə naziri postundakı sələfi Qrant Şeppsin təyyarəsi də Kalininqrad yaxınlığından uçarkən GPS siqnalını itirmişdi.
"The Daily Telegraph" qəzetinin daha sonra bildirdiyinə görə, təyyarə vəsaitə qənaət etmək məqsədilə radioelektron mübarizə (REM) vasitələrinin təsirindən qorunmayıb.
O vaxt mətbuatın yazdığına görə, 2021-ci ildə Böyük Britaniya hökumətinin, hərbi komandanlığın və kral ailəsinin ehtiyacları üçün alınmış iki "Dassault 900LX" təyyarəsinin 200 milyon funt sterlinqə (270 milyon dollar) qədər qənaət etmək üçün çoxsaylı müdafiə sistemləri ilə təchiz edilməməsi qərara alınıb. Bir il sonra bu qərara yenidən baxılıb.
2024-cü ildə təyyarələrin raketlərdən qorunmaq üçün öz REM vasitələri ilə təmin olunacağı və maneələrə davamlı hərbi tipli avionika ilə təchiz ediləcəyi gözlənilirdi. Lakin lazımi işləri vaxtında həyata keçirmək mümkün olmayıb. Həmin vaxt nəşr yazırdı ki, hər iki təyyarənin yenidən təchiz edilməsi 2026-cı ildə başa çatacaq, ancaq bunun yekunda icra edilib-edilmədiyi aydın deyil.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












