“Şamaxinka”da maşın yandı - Tıxac yarandı - FOTO - YENİLƏNİB

Hadisə 7 İyul 2026 22:13
“Şamaxinka”da maşın yandı - Tıxac yarandı - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Chevrolet” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

***20:40

Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, "Şamaxinka" tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, bu səbəbdən həm “Xırdalan" dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.


"Şamaxinka"da maşın yanır - FOTO

Oxunub : 660
ŞƏRH YAZ
Ad

E-mail

Şərh