Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi - FOTO

Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.
Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.
Faktı açıqlamasında Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib:

"Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam".
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












