Təyyarədə körpə doğuldu - FOTO

“Delta Air Lines” şirkətinə məxsus Atlantadan Portlendə uçan sərnişin təyyarəsində enişə az qalmış gözlənilməz hadisə yaşanıb.
Avtosfer.az xəbər verir ki, bir sərnişin göyərtədə qız uşağı dünyaya gətirib.
“Boeing 737” tipli təyyarədə baş verən doğuş zamanı iki təcili tibbi yardım işçisi dərhal müdaxilə edib. Tibbi avadanlıq olmadığı üçün vəziyyət improvizə üsullarla idarə olunub, hətta göbək bağının bağlanmasında ayaqqabı bağından istifadə edilib.
Doğuş təyyarənin enişindən cəmi bir neçə dəqiqə əvvəl tamamlanıb. Körpə sağlam vəziyyətdə dünyaya gəlib və ananın vəziyyəti stabil olub.
Təyyarə Portlendə enərkən göyərtədəki sərnişinlərin sayı 153 deyil, 154 olaraq qeydə alınıb. Körpəyə Brielle Renee adı verilib.
Ana və körpə enişdən sonra təcili xidmət tərəfindən xəstəxanaya aparılıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












