Tovuzda ferma yandı

Tovuzda yanğın qeydə alınıb.
Avtosfer.az unikal-a istinadən xəbər
verir ki, hadisə Ceyrançölü adlanan ərazidə baş verib. Belə ki sözügedən ərazidə yerləşən, rayon sakini 1974-cü il təvəllüdlü Məhəmməd Məhəmmədova məxsus ümumi sahəsi 360 kv metrə yaxın olan xırdabuynuzlu mal-qara saxlanılan fermada qəfil yanğın olub. Alov qısa müddətdə geniş ərazini cənginə alıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz və Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb,fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Nəticədə 360 kv metrə yaxın olan fermanın 160 kv metri yanıb. Həmçinin, yanğın zamanı fermda olan bir neçə qoyun tələf olub, 5 ton ot bağlaması isə yanıb. Xeyli xırdabuynuzlu mal-qara xilas edilib. Hazırda hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












