Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu - FOTO

Türkiyənin Çanakkale vilayətində R.Y.-ni evlilik vədi ilə 800 min türk lirəsi məbləğində (29 200 manat - red.) aldatdığı iddia edilən Azərbaycan vətəndaşı M.H. və ona vasitəçilik etdiyi irəli sürülən K.T. polis tərəfindən saxlanılıb.
Avtosfer.az DHA agentliyinə istinadən xəbər verir ki, saxlanılan iki şübhəli hakim qarşısına çıxarıldıqdan sonra həbs edilib.
Bildirilir ki, yerli televiziya proqramlarının birində də müzakirə mövzusu olan hadisədə R.Y.-ni evlilik vədi ilə 800 min türk lirəsi məbləğində aldadan və özünü Leyla Abdullayeva kimi təqdim edən şəxsin əslində Azərbaycan vətəndaşı M.H. olduğu müəyyən edilib.
M.H. xarici ölkəyə qaçmağa cəhd göstərərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər tərəfdən, hadisə ilə əlaqəsi olan və dələduzluğa vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. isə Çanakkalenin Lapseki rayonunda polis tərəfindən saxlanılıb.
Şübhəlilər polis idarəsində ifadə verdikdən sonra məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndəriliblər.

Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB










