Vətəndaşdan torpağa görə əlavə 980 manat niyə tələb edilib? – QURUMDAN AÇIQLAMA

Mövzu ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş tərəfindən xidməthaqqı düzgün hesablanmayıb.
"Belə ki, torpaq sahəsi bölünmə əsasında yarandığından ilkin inventarlaşdırma aparılır. İlkin inventarlaşdırma işlərinin aparıldığını və ərizənin sürətləndirilərək on iş günü müddətində icra edildiyini nəzərə alaraq, Tarif (Qiymət) Şurasının “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri”nə uyğun olaraq hesablanmış xidməthaqqı aşağıdakı kimidir:
Xidmət haqqı – 540 manat;
Cəmi dövlət rüsumu – 125.00 manat;
Yekun hesablanmış məbləğ – 665 manat.
Qeyd edək ki, vətəndaşın müraciətində qeyd etdiyi 1020 manat ərizənin 1 iş günü müddətində icrası zamanı hesablanmış məbləğdir".
***
15.05.2026, 15:00
***
Paytaxt sakinlərindən biri Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin onun əmlakı üçün tələb olunan məbləğlə bağlı narazılığını bildirib.
Yaşadığı problemlə bağlı Səbail rayon sakini Tarix Məmmədov Avtosfer.az-a şikayət edib və bildirib ki, dəfələrlə aidiyyəti üzrə şikayət etməsinə baxmayaraq, qurumlardan hansısa reaksiya görə bilməyib.
Şikayətçi Tarix Məmmədov bildirir ki, rayonun Səbail küçəsi giriş 121 ünvanında yerləşən 2,28 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında qanuni yolla əldə edib. Həmin torpaq sahəsi üzərində daha əvvəl inventarlaşdırma aparıldığına görə təkrar texniki inventarlaşdırma xidməti ilə bağlı ona 1020,00 (min iyirmi) AZN məbləğində xidmət haqqı təqdim edilmişdir. Vətəndaş qurumun ona təyin etdiyi məbləğlə razılaşmadığını və qanunvericiliklə müəyyən edilən tarifdən yuxarı olduğunu vurğulayıb. Belə ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2023-cü il 31 iyul tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri"nin 3-cü bəndinə əsasən, təkrar texniki inventarlaşdırma xidmət haqqı I bölmənin 1 və 2-ci bəndlərinin tarifinə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,00 manatdan az olmamaqla hesablanır. Yəni, 2,28 sot torpaq üçün ödənilməli olan məbləğlə 6 sot torpaq üçün ödənilməli olan məbləğ arasında fərq kəskin olmalıdır.
Hesablama:
— 2,28 sot = 0,0228 ha (0,06 ha-dan azdır)
— Əsas tarif (bənd 2.2.1): 200,00 AZN;
— 0,2 əmsalı tətbiq edilməklə: 200,00 × 0,2 = 40,00 AZN;
— Minimum hədd (30,00 AZN) aşıldığından: 40,00 AZN;
— Qanuni xidmət haqqı: 40,00 AZN.
Tarix Məmmədov qeyd edib ki, təqdim edilən 1020,00 AZN məbləği isə qanunla müəyyən edilmiş tarifdən 980,00 AZN artıqdır və heç bir hüquqi əsası yoxdur.
Şikayətçi ona təqdim edilmiş 1020,00 AZN məbləğli xidmət haqqının qanuni əsasının yazılı şəkildə izah edilməsi, artıq yazılmış məbləğin (980,00 AZN) qanunvericiliyə uyğun olaraq ləğv olunması, bu halla bağlı məsuliyyətli şəxslər barəsində müvafiq intizam tədbirinin görülməsini tələb edir.
Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, qurumdan sorğumuza hələ də reaksiya verilməyib.
Səfər
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












