Xadimə ilə dava edən məktəb direktoru cəzalandırıldı

Bu ilin aprelində xadimə ilə mübahisə etməsi ilə gündəmə gələn Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbinin direktoru Aliyə Əliyeva cəzalandırılıb.
Avtosfer.az Bizim.media-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin qərarına əsasən, direktor barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Xatırladaq ki, bu ilin aprelində Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbində xadimə və direktor arasında insident baş verib.
Belə ki, orta məktəbin direktoru məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanın ştatlarının birini ləğv edib.
Ü.Abdullayeva iddia edib ki, Aliyə Əliyeva ştatını tam bərpa etmək üçün ondan məktəb üçün konteyner almağı tələb edib. Lakin o, konteyneri alıb gətirsə də, direktor ştatı bərpa etməyib. Nəticədə tərəflər arasında mübahisə baş verib və xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.
Bu əməlinə görə, Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat məbləğində cərimə olunub.
Hazırda tərəflər arasında məhkəmə prosesi davam edir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












