Yararlı olmadığı halda 18 yaşlı gənc hərbi xidmətə göndərildi - Həkimlə bağlı qərar verildi

Hərbi xidmətə yararlı olmadığı halda 18 yaşlı çağırışçı barədə müsbət rəy verən Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin 1962-ci il təvəllüdlü həkim-ümumi cərrahının məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, Bərdə Rayon Məhkəməsində keçirilən prosesdə Cavid Tağıyev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham olunub.
Məlum olub ki, 2024-cü ilin aprel çağırışı zamanı Cavid Tağıyev həkim-cərrah olaraq hərbi-həkim komissiyasının üzvü təyin edilib. O, həmin vəzifədə xidmət edərkən hər iki ayağın boylama yastıayaqlılığı xəstəliyindən əziyyət çəkən, 2006-cı il təvəllüdlü şəxsi müayinə edən zaman onu rentgen aparından keçirməyib.
Həkim 18 yaşlı gənci həmin xəstəlik üzrə müayinəyə cəlb edilməsini təmin etməyərək çağırışçının hərbi xidmətə yararlı olmasına dair tibbi rəy tərtib edib.
Nəticədə həmin rəy əsasında zərərçəkmiş şəxs qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Bir müddət sonra isə əsgər böyrək nahiyəsində olan ağrılar səbəbindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilib.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasının hərbi həkim komissiyası isə əsgərin hər iki ayağında yastıayaqlığı aşkarlayıb, onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edib. Nəticədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimin səhlənkarlığı ucbatından 9 ay hərbi xidmətdə olan gənc ordudan tərxis edilib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, 63 yaşı olduğunu, səhvini başa düşdüyünü, əməlindən peşman olduğunu dilə gətirib.
“Konstitusiya və Suverenlik İli” münasibətilə təqsirləndirilən şəxs barəsində amnistiya elan edilib və o, cinayət məsuliyyətindən azad olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












