Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO

Yardımlı–Deman avtomobil yolunun Avaş kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, çaysahili ərazidən keçən yolun asfalt qatının alt hissəsi eroziyaya uğrayaraq boşalıb. Nəticədə yolun bir hərəkət zolağında sürücülər üçün ciddi risk yaradır.
Sürücülərin sözlərinə görə, ərazini tanımayan şəxslər həmin hissədən ehtiyatsız keçərsə, qəza qaçılmaz ola bilər.
Yolun alt hissəsi tamamilə boşalıb, torpaq kütləsi isə çayın axını ilə yuyularaq çökmə təhlükəsini yaxınlaşdırır.
Təhlükəli hissəyə yalnız kiçik daş parçaları qoyulub. Lakin axşam saatlarında sürücülər bu xəbərdarlığı görməkdə çətinlik çəkirlər.
Sakinlər bildirirlər ki, yolun həmin hissəsi qısa zamanda yenidən qurulmalıdır. Əks halda yolun tamamilə dağılması bu istiqamətdə yerləşən kəndlərin nəqliyyat əlaqəsində ciddi çətinliklər yarada bilər.


Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












