“Chatbot”lar qərarlarımıza təsir edə bilər? - SÜNİ İNTELLEKTDƏ MANİPULYASİYA RİSKİ
Süni intellektlə dəstəklənən “chatbot”larla bağlı diqqətçəkən xəbərdarlıq edilib.
Avtosfer.az xəbər verir ki, Kembric Universitetinin araşdırmasına görə, süni intellekt istəklərimizin xəritəsini tərtib edə və qərarlarımızı istiqamətləndirə bilər. Başqa sözlə desək, süni intellekt səbətə nə qoyacağımıza, hətta seçkilərdə hansı siyasi partiyaya səs verəcəyimizə qərar verə bilər.
Süni intellektli “chatbot”lar həyatın hər sahəsindədir. 2022-ci ildə “OpenAI”ın istehsal etdiyi “ChatGPT” tərəfindən yaradılan inqilab davam etdikcə, yeni narahatlıqlar da ortaya çıxır. Kembric Universitetinin araşdırmasına görə, bizimlə danışan süni intellekt proqramları qərarlarımızı manipulyasiya edə bilir.
İngilis alimlərin fikrincə, texnologiya şirkətləri tezliklə süni intellektlə istəklərimizin xəritəsini çəkə və qərarlarımızı istiqamətləndirə biləcəklər. Bu proses “niyyət iqtisadiyyatı” adlanır. Süni intellektin biz qərar verməzdən əvvəl saxladığı məlumatlar təhlil etdiyi davranış və psixoloji məlumatlar fonunda qərarlarımıza təsir edə biləcəyi, sonra bunu şirkətlər üçün maliyyə qazancına çevirə biləcəyi araşdırmalarda qeyd edilir. Başqa sözlə, kino biletləri alarkən, oteldə yerləşmə planlarını qurarkən, hətta səsvermə zamanı süni intellektin rəhbər tutulma riski var.
Hal-hazırda internet iqtisadiyyatının əksəriyyəti fərdiləşdirilmiş reklam üzərində işləyir. Süni intellektə malik chatbotlar bu prosesi bir addım da irəli apara və manipulyasiya yolu ilə istəmədiyiniz bir şeyi bizə istəməyə vadar edə bilər.
Eltac Zülfüqaroğlu