Dünyanın ən güclü pasportları açıqlandı - Azərbaycan neçəncidir?

Dünyanın ən güclü pasportlarının bu il üçün reytinqi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi məlumatlarına əsasən mütəmadi olaraq elan edilən və dünyanın ən güclü pasportlarını sıralayan “Henley & Partners” şirkəti tərəfindən “Pasport İndeksi 2026” nəşr olunub.
Qeyd edilib ki, ölkələrin vergi mühiti, innovasiya, iqtisadi rəqabət qabiliyyəti, səhiyyə, təhlükəsizlik, iqlim və sosial infrastruktur kimi amilləri araşdırılıb.
Reytinqdə pasport sahiblərinin vizasız səyahət edə biləcəyi ölkələrdən əlavə, ölkənin investisiya cəlbediciliyi və həyat keyfiyyəti də qiymətləndirir. Reytinq diplomatik əlaqələri, iqtisadi sabitliyi və ölkələrin sərhəd nəzarətinə beynəlxalq etimadı əks etdirir.
Məlumata görə, Sinqapur pasportu sahibləri 192 istiqamətə vizasız səyahət edə bilirlər. Buna görə də Sinqapur pasportu ən güclü pasport seçilib. Siyahıda ikinci yerdə 188 istiqamətlə Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliyi gəlir. İsvec 187 istiqamət ilə siyahıda 3-cü yerdə qərarlaşıb.
Hesabata görə, dünyanın ən güclü 10 pasportu bunlardır:

Qeyd edək ki, bu siyahıda Azərbaycan 67 istiqamətə vizasız giriş imkanı ilə 71-ci yerdə qərarlaşıb. Eyni zamanda, 112 istiqamətə vizasız uçuş imkanı ilə Türkiyə 49-cu yeri tutub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












