ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfər çərçivəsində Hamburq Limanının rəhbərliyi ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, görüşdə Hamburq Limanının yükdaşımalar üzrə törəmə şirkəti “Metrans”ın nümayəndələri də iştirak edib. Tərəflər Hamburq və Bakı limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, liman-logistika zəncirinin təkmilləşdirilməsi və Orta Dəhliz üzrə tranzit imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Avropa ilə Asiya arasında artan yük axınları fonunda dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Tərəflər multimodal daşımaların inkişafı, konteyner daşımalarının həcminin artırılması, logistika proseslərinin rəqəmsallaşdırılması və yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüşdə Hamburq Limanının çoxillik beynəlxalq təcrübəsinin, xüsusilə liman əməliyyatlarının idarə olunması, logistika mərkəzlərinin fəaliyyəti və rəqəmsal həllərin tətbiqi sahəsində əldə olunan təcrübələrin paylaşılmasının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Bakı Limanında müasir texnika və texnologiyalardan istifadənin genişləndirilməsi, eləcə də dəmir yolu-liman əməliyyatlarının koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verir.
Görüşün yekununda ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Sənəd çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və logistika sahəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.





Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO












