ASGA WUF13 çərçivəsində "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" mövzusunda tədbir keçirib - FOTOLAR

2026-cı il mayın 21-də "WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda, Agentliyin dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İB-nin (ASGA) "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi"mövzusunda tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov tədbirin "Azərbaycan-Çexiya gənclərinin birgə təşəbbüsləri" layihəsi çərçivəsində reallaşdığını deyib. Praqa və Avropanın digər şəhərlərində şəhərsalma mədəniyyəti ilə bağlı danışan S.Abbasov qarşılıqlı fikir mübadiləsinin aparılmasının bu sahədə mühüm addım olduğunu dedi. S.Abbasov "Praqa və Bakı: oxşar və fərqli cəhətlər" mövzusunda çıxış edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli Azərbaycanda şəhərsalma mədəniyyətinin dərin köklərə malik olduğunu dedi.
Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli şəhərsalma mədəniyyətinin formalaşmasında sosial medianın rolundan danışıb.
Sonra "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı çıxış edərək şəhərsalma mədəniyyətinin inkişafı, qorunması və gələcək nəslə daşınmasında gənclərin rolundan söz açıb.
Sonra Manşet.az saytının baş redaktoru Əli Vəliyev çıxış edərək Avropada və Azərbaycanda sözügedən sahənin inkişafında medianın rolundan danışıb.
Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov isə təqdimatla çıxış edərək Avropa və Azərbaycan şəhərlərinin ortaq və fərqli tərəflərindən danışıb.
"Uşaqlara Yardım Fondu"nun direktoru Onyekachie Angela çıxış edərək dünyanın bir çox şəhərlərində olduğunu və Bakının tam fərqli şəhər kimi kəşf etdiyini dedi.
Sonda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İB adından məruzəçilərə və içtirakçılara layihə çərçivəsində hazırlanmış hədiyyələr, kepka və maykalar hədiyyə verildi.


























Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












