Azərbaycan neftini daşıyan tanker Hörmüz boğazından keçdi

Yaponiya Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Hörmüz boğazı vasitəsilə Azərbaycan nefti alacaq.
Avtosfer.az "Reuters"ə istinadən xəbər verir ki, Azərbaycan nefti daşıyan tanker Hörmüz boğazından keçməklə artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük Yaponiyanın "Eneos" şirkəti üçün nəzərdə tutulub.
Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorunun müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarükdür.
Fevralın sonunda İran əleyhinə ABŞ-İsrail hərbi kampaniyası başlamazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95%-i Yaxın Şərq ölkələrinin payına düşürdü.
Lakin Hörmüz boğazının bloklanmasından sonra Tokio alternativ tədarük mənbələri axtarmağa məcbur olub.
Nəşr həmçinin qeyd edir ki, Yaponiyanın neft emalı zavodları tarixən Yaxın Şərq neftinin emalına yönəlib, lakin ölkə artıq idxalı şaxələndirməyə başlayıb.
Azərbaycandan başqa, Yaponiya ABŞ-dən neft alışlarını artırıb, həmçinin sanksiya istisnası tətbiq edilən Rusiyanın "Saxalin-2" layihəsindən xammal idxal edib.
Qeyd edək ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yaponiya Rusiya neftinin idxalını faktiki olaraq dayandırıb və Moskvaya qarşı sanksiyalara qoşulub.
Yaxın Şərqdən tədarük kəsirini kompensasiya etmək üçün Tokio həmçinin strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.
Son məlumata görə, Yaponiyanın neft ehtiyatları daxili istehlakın 205 günlük həcmini əhatə edirdi.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












