Bakı Limanında “Gadamly” yük gəmisinin qarşılanma mərasimi keçirilib - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi baş tutub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu gəmi Xəzər dənizi üzərindən konteyner daşımalarının həcmini artırmaqla regionda logistika əlaqələrinin daha da möhkəmlənməsinə, yük axınlarının sürətlənməsinə və marşrutun beynəlxalq rəqabətqabiliyyətinin yüksəlməsinə töhfə verəcək.
Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək. Gəmi Bakı–Türkmənbaşı istiqamətində konteyner daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı, Orta Dəhliz üzrə artan yük tələbatının qarşılanmasına əlavə imkan yaradacaq.
Tədbirdə çıxış edən ADY sədrinin müavini Arif Ağayev Orta Dəhliz boyunca regional əməkdaşlığın gücləndirilməsi, limanlararası əlaqələrin genişləndirilməsi və Xəzər hövzəsində dayanıqlı nəqliyyat-logistika ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov çıxışı zamanı “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına ilk səfərini iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirib, Türkmənistanın Xəzər regionunda tərəfdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
“Gadamly” gəmisinin fəaliyyətə başlaması Xəzər regionunda ticarət və nəqliyyat əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir və Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir.




Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












