Bakı-Qazax magistralında yol nişanlarındakı ciddi səhvlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Azərbaycanda magistralda yol nişanlarının yanlış quraşdırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yol nişanlarının quraşdırılmasında hər hansı yanlışlıq yoxdur:
“Yol nişanları ilə bağlı yanlışlıq yoxdur. Lakin buna baxmayaraq, aidiyyəti qurum əməkdaşları ilə birgə əraziyə baxış keçiriləcək”.
***
Azərbaycanda magistral yolda yol nişanlarının quraşdırılmasında yanlışlığa yol verilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər Bakı-Qazax yolunda qeydə alınıb.
Belə ki, sürücülər yol boyunca bütün geriyə dönmə nişanlarının (5.11.1) səhv quraşdırıldığını və ümumiyyətlə bu yolda nişanlanma ilə bağlı vəziyyətin ürəkaçıcı olmadığını deyirlər.
Belə ki, qanunvericiliyə görə geriyə dönmə üçün məlumat verən nişan yolun həmin hissəsindən 150-300 metr öncə quraşdırılmalıdır. Lakin sözügedən videoda nişan yolun avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsi ilə paralel qoyulub. Bu isə sürücüləri çaşdırmaqla yanaşı, həm də ciddi təhlükə yaradır.
Həmin görüntüləri təqdim edirik:
oxu.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












