Bakı-Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib - FOTO - YENİLƏNİB

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıblar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.
Qazaxıstanlı Yevgeni Fyodorova qızıl, isveçrəli Aleksandr Balmerə gümüş, uruqvaylı Erik Antonio Faqundesə bürünc medal verilib.
***13:24
Bakı-Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qazaxıstanlı Yevgeni Fyodorov finiş xəttinə birinci çatıb.
"Astana" komandasının üzvü məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə qət edib. İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.
Bu raundda idmançılar "Sea Breeze"dən start götürməklə İsmayıllıya qədər 193.3 km məsafə qət ediblər.
İkinci yarış günü daha çətin profili ilə seçilməklə, üç dağ yoxuşu və iki sprint təsnifatını özündə birləşdirib.

***11:00
Bu gün Bakı-Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsi keçiriləcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, II etap 193.2 kilometr məsafəni əhatə edəcək.
Bakıda start götürəcək bugünkü tur Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşacaq.
Ötən gün ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.
Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri













