"Diplomatik xidmət haqqında" yeni qanun qəbul ediləcək

Uzun müddət beynəlxalq münasibətlər çərçivəsində konsulluqda, səfirlikdə işləyən əməkdaşlarımız ciddi maliyyə problemləri ilə rastlaşıb. Amma indi yeni sistem tətbiq edilir.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, maliyyələşmə problemlərinin böyük əksəriyyəti öz həllini tapıb: "Yeni sistem maliyyələşmənin ildən-ilə artmasına hədəflənib. Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu maliyyələşmədə tətbiq edilən yeni sistemi də özündə əks etdirir. Diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə, Azərbaycan reallıqlarını beynəlxalq dünyaya çatdırmağa ayrılan vəsait kifayət edir. Bizə qarşı hiyləgər, ikili siyasət yürüdülür, bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin yüksək səviyyədə təşkil olunması Azərbaycan iqtisadiyyatının yüksəlişi ilə əlaqədardır".
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi










