İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS – International Forum of Insurance Guarantee Schemes) tamhüquqlu üzv kimi qəbul edilib. Qərar 2026-cı ilin 26 may tarixində IFIGS İdarəetmə Komitəsinin iclasında İSB-nin üzvlük müraciətinə baxıldıqdan sonra qəbul olunub.
Avtosfer.az xəbər verir ki, IFIGS dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sığorta zəmanət fondlarını və analoji qurumları bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Almaniya, Fransa, Avstraliya, Qazaxıstan və Türkiyə kimi nüfuzlu ölkələrin aidiyyəti qurumlarının təmsil olunduğu Forumun əsas məqsədi sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və zərərçəkmiş üçüncü şəxslərin maraqlarının qorunması sahəsində təcrübə mübadiləsini təşviq etmək, sığorta zəmanət mexanizmlərinin institusional və praktiki inkişafına dəstək vermək, habelə üzv qurumlar arasında əməkdaşlığı gücləndirməkdir.
Eyni zamanda, Forum sığortaçıların öhdəliklərini icra edə bilmədiyi, maliyyə çətinliyi ilə üzləşdiyi və ya müflisləşdiyi hallarda tətbiq olunan kompensasiya və zəmanət mexanizmləri üzrə qabaqcıl beynəlxalq təcrübənin paylaşılmasına və bu sahədə yanaşmaların təkmilləşdirilməsinə töhfə verir.
İSB-nin IFIGS-ə üzvlüyü Büro üçün mühüm strateji əhəmiyyət daşıyır. Üzvlük İSB-nin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi olmaqla yanaşı, quruma qabaqcıl beynəlxalq təcrübəyə çıxış imkanları yaradacaq, sığorta zəmanət mexanizmlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirəcək və Azərbaycan sığorta sektorunun beynəlxalq təşkilatlarda təmsilçiliyini daha da gücləndirəcək.
Eyni zamanda, üzvlük çərçivəsində metodologiya, hüquqi və institusional yanaşmalar, habelə risklərinidarə olunması sahələrində yeni əməkdaşlıq imkanlarının formalaşması gözlənilir. Bu isə ölkədə sığorta sisteminin dayanıqlılığının artırılmasına, habelə sığortalıların və zərərçəkmiş şəxslərin maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.
İSB beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və sığorta sektorunun davamlı inkişafı istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












