Saray körpüsü istifadəyə verilsə də, o marşrut hələ də işləmir...

Sumqayıt şəhəri ilə Abşeron rayonunun Saray qəsəbəsini birləşdirən 503 saylı marşrut xəttinin fəaliyyətini dayandırması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, qafqazinfo-ya müraciət edən sakinlər bildiriblər ki, ötən ilin dekabr ayında Sumqayıt-Saray körpüsünün sökülməsi səbəbilə 503 nömrəli marşrutun fəaliyyəti dayandırılıb.
Sakinlərin sözlərinə görə, bu ilin mart ayında körpü təmir edilərək istifadəyə verilsə də, 503 saylı marşrutun fəaliyyəti bərpa edilməyib: “Əvəzində xəttə 508 nömrəli avtobus buraxılıb. Bu avtobus fərqli yolla hərəkət etdiyi üçün sərnişinlərə, xüsusilə tələbələrə və işə gedən insanlara uyğun deyil. Hazırda bu istiqamətdə ictimai nəqliyyat olmadığından, yalnız manatlıq taksilərdən istifadə etmək məcburiyyətində qalırıq ki, bu da maddi baxımdan böyük çətinlik yaradır”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidmətindən bildirildi ki, 503 saylı xəttin bərpa edilməsi planlaşdırılır: “503 nömrəli marşrutun fəaliyyəti daşıyıcı tərəfindən təmin edilmədiyi üçün fəaliyyətində fasilə yaranıb. Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə xəbərdarlıq edilib. Yaxın zamanda 503 nömrəli marşrutun fasiləsiz fəaliyyət göstərməsi nəzərdə tutulub”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












